İşdən çıxarılan bələdiyyə sədrinə elektron qolbaq taxıldı

Hadisə 11 Sentyabr 2024 21:18 Oxunub 224
İşdən çıxarılan bələdiyyə sədrinə elektron qolbaq taxıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Tovuz rayon Böyük Qışlaq bələdiyyəsinin sabiq sədri Zöhrab Məmmədovun məhkəməsi başa çatıb.

Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Tovuz Rayon Məhkəməsində keçirilən prosesdə Z.Məmmədov Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinib.

Ona 2 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası verilib və üzərinə elektron qolbaq yerləşdirilib. Zöhrab Məmmədovun saat 23:00-dan 07:00-dək yaşadığı yeri və Tovuz rayonunun ərazi hüdudlarını tərk etməsi qadağan edilib. Həmçinin əlavə cəza kimi yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququ 2 il 6 ay müddətə məhdudlaşdırılıb.

Qeyd edək ki, prokurorluğun yaydığı məlumatda Zöhrab Məmmədovun Tovuz rayon Böyük Qışlaq bələdiyyəsinin sədri olarkən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin icarəyə verilməsinə dair rəsmi sənədlərə bilərək yalan məlumatlar daxil edib vəzifə saxtakarlığı etməsinə əsaslı şübhələr müəyyən edilməsi bildirilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh