İşıqforun düyməsini basıb yumruqlayan piyadalar bunları bilirmi? – DİQQƏT - VİDEO

Hadisə 15 Dekabr 2023 17:11 Oxunub 4104
İşıqforun düyməsini basıb yumruqlayan piyadalar bunları bilirmi? – DİQQƏT   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Müasir dövrdə hərəkət intensivliyini nəzərə alaraq piyadalar üçün svetaforlar əllə idarəolunan edilib. Yəni, piyada xüsusi düyməyə basmaqla yaşıl işığı yandırır və yolu keçir.

Son illərdə paytaxtın bir sıra küçə və prospektlərdə bu cür işıqforlar quraşdırılıb. Lakin piyadaların mövcud cihazlardan düzgün istifadə etməməsinin nəticəsində müəyyən problemlər yaranır. Belə ki, həmin svetaforlarlarda interval qoyulur. Yəni, bir piyada yolu keçdisə, növbəti şəxsin həmin düymədən dərhal istifadə etməsi üçün zaman lazımdır.  Bu cür svetoforlarda qayda belədir ki, sizdən öncə kimsə istifadə edibsə siz düyməni basanda ən azı 45 saniyə gözləmək lazımdır. Bu müddət ərzində cihazı yumruqlamaq lazım deyil.

Lakin təəssüflər olsun ki, piyadalar bu cihazlardan düzgün istifadə etmir. Deyək ki, bir nəfər yolu keçir və 30 saniyə sonra ikinci adam düyməni basır. Svetoforlar intervalla tənzimləndiyi üçün həmin an yaşıl işıq yanmayacaq. Vətəndaşlar isə bəzən bunu svetaforlarların işləməməsi kimi dəyərləndirib düyməni döyəcləyir. Nəticədə isə cihazlar sıradan çıxır.

Avtosfer.az bildirir ki, bir çox dünya ölkələrində 5-7 nəfər olmadıqda həmin düymədən istifadə olunmasına icazə verilmir.

Yaxşı olardı ki, piyadalar yolu keçən zaman ətrafa baxsınlar və əgər digərləri varsa onları da gözləyib birlikdə yolu keçsinlər. Bu, həm hərəkət intensivliyinə maneə olmayacaq, həm də düzgün istifadə olacaq.

Məhəbbət Tərlanoğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh