İşlədiyi evdən 60.000 manat dəyərində qızıl oğurladı

Hadisə 29 Aprel 2024 11:10 Oxunub 208
İşlədiyi evdən 60.000 manat dəyərində qızıl oğurladı
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Avtosfer.az xəbər verir ki, Nizami rayonu ərazisində mənzillərin birindən 60000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə 24-cü Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla oğurluğun həmin evdə xidmətçi işləyən qadın tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib və o saxlanılıb.

Onun həmin qızıl-zinət əşyalarını müxtəlif vaxtlarda evdən hissə-hissə oğurlaması məlum olub. 

Faktla bağlı Nizami Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh