İşləməyə görə özünü asdı: Göyçayda dəhşətli HADİSƏ - YENİLƏNİB

"İnçə kəndində intihar hadisəsi ailə münaqişəsi zəminində baş verib".
Bunu Göyçay rayonu İnçə kənd bələdiyyəsinin sədri Namiq Baxışov deyib.
Bələdiyyə sədri qeyd edib ki, hadisə baş verən gün özü kənddə olmayıb:
"Bakıda idim, kəndə qayıdanda aldım xəbəri. Onda da artıq qızı aparıb öz kəndlərində dəfn etmişdilər. Qız özü İsmayıllının hansısa kəndindəndir. Bildiyim qədər ailə münaqişəsi zəminində olub hadisə. Əri Gülnarənin işləməyini istəməyib. Onların altı uşağı var. Uşaqlarının böyüyü məktəbi bitirib, o birilər də məktəblidirlər.
Əri deyib ki, müavinət alırsan, bəsdir, işləmə. Əri özü mal-qara otarmaqla məşğuldur. Qadın da kənd camaatı ilə qonşu kəndlərdə torpaqda işləməyə, fəhləliyə gedirmiş ki, əlavə pul qazansın. Əri bundan narazı olub, qadın isə getməkdə israr edib. Bunun üstündə mübahisə ediblər, kişi çıxıb gedib, qayıdanda da görüb ki, qadın özünü asıb. Anası və qardaşı mərhumun nəşini aparıblar İsmayıllıya, öz kəndlərində dəfn ediblər".(oxu.az)
***09:35
Göyçayda intihar hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, martın 6-sı Göyçay rayon sakini 1982-ci il təvəllüdlü Gülnarə Səmədova yaşadığı İnçə kəndindəki evin həyətində özünü asıb.
Faktla bağlı araşdırma aparılır.
Cərimə balı, cərimələri sistemdən “silən” DƏLƏDUZ PEYDA OLUB
Üzr istəməyən dostunu öldürdü, qaçanda maşın vurdu - BAKIDA FİLM KİMİ CİNAYƏT
Sərxoş halda 102-yə zəng edib qiymətdən danışdı, həbs olundu
Polis əməliyyat keçirdi - 126 nəfər saxlanıldı
Bakıda yük maşını təhlükə yaratdı - VİDEO
Şəhidlər məscidi yaxınlığında təhlükə: 20 gündür aşmış ağac götürülmür - FOTOLAR
FHN əməkdaşlarının hadisədən bir neçə dəqiqə əvvəl çəkilmiş görüntüsü - VİDEO
Çalışdığı avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanıldı
FHN əməkdaşının öldüyü hadisə ilə bağlı rəsmi AÇIQLAMA - FOTO - YENİLƏNİB
Bakıda “Ford" yanıb - VİDEO
Hicab bağlayıb marketi talayan qaraçı qadınlar SAXLANILDI - VİDEO










