İsmayıl Turalı qətlə yetirdiyi silahı haradan alıb? - TƏFƏRRÜAT

Hadisə 27 İyun 2024 19:12 Oxunub 256
İsmayıl Turalı qətlə yetirdiyi silahı haradan alıb? - TƏFƏRRÜAT
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ötən gün Bakının Nərimanov rayonunda, “Metro Park” ticarət mərkəzinin önündə 21 yaşlı İsmayıl Allahverdiyev 24 yaşlı Tural Kosayevi qıza görə qətlə yetirib.

Avtosfer.az xəbər verir ki, hadisəni törədən şəxs 21 yaşlı İsmayıl Allahverdiyev Bakıda Daxili Qoşunlarda MAXE kimi xidmət edirmiş. Qətli də xidməti silahla törədib. Saytın əldə etdiyi məlumata görə,hadisədən bir müddət öncə tərəflər arasında yaşadıqları kənddə əlbəyaxa dava olub. Həmin davadan sonra tərəflər arasında münasibət daha da kəskinləşib. Öldürülən şəxs Tural Kosayev qətli törədən İsmayıl Allahverdiyevə zəng edib və onu görüşə çağırıb.

Nərimanov rayonu ərazisində yerləşən “Metro Park” ticarət mərkəzinin qarşısında tərəflər arasında mübahisə yaranıb. Tural Kosayev İsmayıl Allahverdiyevə nalayiq ifadələr işlədib.

Bu zaman İsmayıl xidməti silahı ilə havaya bir neçə atəş açıb.Daha sonra Tural Kosayevin baş və sinə nayihəsinə atəş açaraq onu qətlə yetirib. Sonuncu yerindəcə keçinib.

Bakıda qıza görə gənc oğlanı qətlə yetirən şəxslə bağlı YENİ DETALLAR  - FOTO - VİDEO

Mənbə: Oxu24.com

ŞƏRH YAZ
Ad

E-mail

Şərh