
İsmayıllı sakinini Bakıda avtomobil vurdu
Hadisə
31 İyul 2023 08:43
Oxunub 380

Bakının Yasamal rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.
Hadisə Əli bəy Hüseynzadə küçəsində baş verib.
Belə ki, 1972-ci il təvəllüdlü Cəfərov Rövşən Nəriman oğlu yolun piyada üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub.
Yaralı ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktı Yasamal Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.
ŞƏRH YAZ