İsmayıllıda 26 yaşlı kişi çayda batıb
Hadisə
31 İyul 2025 19:30
Oxunub 194

İsmayıllıda 26 yaşlı kişi çayda batıb. Avtosfer.az xəbər verir ki, hadisə Göyçay çayının rayonun Gideyli kəndindən keçən hissəsində qeydə alınıb. Rayonun Qalacıq kənd sakini 1999-cu il təvəllüdlü Faiq Qurbanov çayda çimmək istəyərkən suda batıb. Əraziyə xilasedicilər cəlb olunub, axtarışlar davam edir.
***
İsmayıllı rayonunda çayda batan şəxsin meyiti tapılıb. Avtosfer.az xəbər verir, 26 yaşlı Qurbanov Faiq Qurban oğlunun meyiti FHN-nin əməkdaşları tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR














