İsmayıllıda ağac avtomobillərin üzərinə AŞDI – FOTO

Hadisə 2 İyun 2023 10:29 Oxunub 604
İsmayıllıda ağac avtomobillərin üzərinə AŞDI – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

 

İsmayıllıda bir ağac 3 avtomobilin üzərinə aşıb. 

Avtosfer.az-ın məlumatına görə, İsmayıllı şəhərinin Heydər Əliyev prospektində iri gövdəli ağac qəflətən yol kənarındakı obyektlərin qarşısında dayanmış avtomobillərin üstünə aşıb.

Hadisə zamanı Asim Adıgözəlova məxsus 90-UU-385 dövlət nömrə nişanlı "Opel", Elçin Məlikova məxsus 31-BB-959 dövlət nömrə nişanlı "VAZ 2106" və Səxavət Şıxıyevə məxsus 90-VR-679 dövlət nömrə nişanlı "Lada Priora" markalı minik avtomobilləri əzilib.
Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır. 

Bizim.Media

ŞƏRH YAZ
Ad

E-mail

Şərh