İsmayıllıda qəza olub, ölən və yaralılar var - VİDEO

Hadisə 27 Fevral 2022 13:15 Oxunub 1604
İsmayıllıda qəza olub, ölən və yaralılar var  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, İsmayıllı-Qaraməryəm yolda hərəkət edən "Mercedes" markalı minik avtomobili yoldan çıxaraq səkiyə çırpılıb. Hadisə zamanı İsmayıllı rayon sakinləri - 1999-cu il təvəllüdlü Məmmədov Yunis Mirzağa oğlu, 1999-cu il təvəllüdlü Hacıyev Toğrul Elşən oğlu, 1996-cı il təvəllüdlü Məsimli Taleh Qənimət oğlu, 1999- cu il təvəllüdlü Zeynalov Mətin Elçin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Həkimlərin səyinə baxmayaraq, Yunis Məmmədov dünyasını dəyişib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh