Ermənistandan Azərbaycana keçmək istəyən Çex vətəndaşı Ali Məhkəməyə üz tutub

Hadisə 19 İyul 2024 18:54 Oxunub 142
Ermənistandan Azərbaycana keçmək istəyən Çex vətəndaşı Ali Məhkəməyə üz tutub
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ermənistandan Azərbaycana keçmək istəyən Çex Respublikasının vətəndaşı Baça Daniel Vladimir Ali Məhkəməyə müraciət edib.

“Report” xəbər verir ki, kassasiya şikayətinə hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən məhkəmə iclasında baxılacaq.

Xatırladaq ki, o, Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Çex Respublikasının vətəndaşı Baça Daniel Vladimir Ermənistan- Azərbaycan dövlət sərhədini qanunsuz keçərkən saxlanılıb və Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi çərçivəsində ona Cinayət Məcəlləsinin 318.1-ci (Azərbaycan Respublikası dövlət sərhədini qanunsuz keçmə) maddəsi ilə ittiham irəli sürülüb.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh