İsmayıllıda dağda köməksiz vəziyyətdə qalan 3 nəfər xilas olub
Hadisə
21 Sentyabr 2025 16:30
Oxunub 304

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə İsmayıllı rayonu, Talıstan kəndi ərazisində yerləşən dağlıq, meşəlik ərazidə köməksiz vəziyyətdə qalan 3 nəfərin xilas olunması üçün müraciət daxil olub. Fövqəladə Hallar Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri əraziyə cəlb olunub. Həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində vətəndaşlar dağdan düşürülüb və Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin həkim briqadasına təhvil veriliblər.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR














