İsmayıllıda narkoman sürücü tutuldu

Hadisə 25 İyun 2024 13:30 Oxunub 166
İsmayıllıda narkoman sürücü tutuldu
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İsmayıllıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü müəyyən olunub.

Avtosfer.az xəbər verir ki, İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər zamanı "Chevrolet" markalı avtomobilin sürücüsü R.Məmmədov təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün "saxla" işarəsi verilib.

Sənədləri yoxlanılarkən R.Məmmədovun narkotik vasitə qəbul etdiyinə dair şübhə yarandığından o, tibbi müayinədən keçirilib. Nəticədə sürücünün marixuana istifadə etdiyi müəyyən olunub.

Həmin şəxs barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh