İsmayıllıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanıldı - FOTO

Hadisə 12 İyun 2024 15:49 Oxunub 174
İsmayıllıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanıldı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İsmayıllıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub.

Avtosfer.az xəbər verir ki, İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər zamanı “VAZ-2106” markalı avtomobilin sürücüsü Zaur Şirəliyevə nəqliyyat vasitəsinin işıq cihazları nasaz olduğu üçün “saxla” işarəsi verilib.

Sənədləri yoxlanılarkən Z.Şirəliyevin sürücülük hüququnun olmadığı məlum olub və narkotik vasitə qəbul etdiyinə dair şübhə yarandığından o, tibbi müayinədən keçirilib. Nəticədə sürücünün marixuana istifadə etdiyi müəyyən olunub. Həmin şəxs barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Z.Şirəliyev 15 sutka inzibati qaydada həbs edilib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh