İsmayıllıda qadını ölümə təhrik edən taksi sürücüsü həbs olundu

İsmayıllıda qadını intihara sövq edən şəxs həbs olunub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, ittihama görə, intihar hadisəsi 2023-cü il martın 6-da İsmayıllı rayonunun İsmayıllı kəndində baş verib.
Rayon ərazisindəki "Anais" gözəllik salonunda işləyən Dilarə Orucova səhər saatlarında özünü yaşadığı evin həyətində asıb. Onun meyitini oğlu aşkar edib.
Araşdırmalarla məlum olub ki, Dilarə Orucovanı ölümə təhrik edən şəxs var. Qadının telefon zənglərinin araşdırılması zamanı müəyyən edilib ki, həmin qadın İsmayıllıda Elxan adlı taksi sürücüsü ilə tanış olub və bir müddət onunla sevgi münasibətləri yaşayıb. Bir müddət sonra Elxanın qısqanclığına dözə bilməyən Dilarə ondan ayrılmaq qərarı verib. Lakin Elxan ondan ayrılmaq istəməyib və onu hədələməyə başlayıb. Dilarə ilə münasibətləri barədə qohumlarına məlumat verəcəyini deyən Elxan ondan şantaj yolu ilə qızıl və pul alıb. Bu üsulla Elxan qadını hər gün şantaj və təhdid edirmiş. Təhdidlərə dözməyən qadın iş yerindən çıxaraq taksi ilə evinə gəlib və özünü evinin həyətində asıb.
Faktla bağlı başlanmış cinayət işi ilə bağlı iki ilə yaxın araşdırma aparılıb və istintaq yekunlaşaraq iş məhkəməyə göndərilib.
Məhkəmə istintaqının sonunda intiharda Elxanın günahı sübuta yetirilib və hökm oxunub.
Məhkəmənin hökmü ilə Elxan 6 il 6 ay azadlıqdan məhrum edilib.
Cərimə balı, cərimələri sistemdən “silən” DƏLƏDUZ PEYDA OLUB
Üzr istəməyən dostunu öldürdü, qaçanda maşın vurdu - BAKIDA FİLM KİMİ CİNAYƏT
Sərxoş halda 102-yə zəng edib qiymətdən danışdı, həbs olundu
Polis əməliyyat keçirdi - 126 nəfər saxlanıldı
Bakıda yük maşını təhlükə yaratdı - VİDEO
Şəhidlər məscidi yaxınlığında təhlükə: 20 gündür aşmış ağac götürülmür - FOTOLAR
FHN əməkdaşlarının hadisədən bir neçə dəqiqə əvvəl çəkilmiş görüntüsü - VİDEO
Çalışdığı avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanıldı
FHN əməkdaşının öldüyü hadisə ilə bağlı rəsmi AÇIQLAMA - FOTO - YENİLƏNİB
Bakıda “Ford" yanıb - VİDEO
Hicab bağlayıb marketi talayan qaraçı qadınlar SAXLANILDI - VİDEO










