İsmayıllıda torpaq sürüşməsi oldu: avtomobillərin hərəkətində çətinlik yaranıb - FOTO

İsmayıllı rayonu Basqal kənd yolunda torpaq sürüşməsi baş verən əraziyə baxış keçirilib.
İsmayıllı rayonu Basqal kənd icra nümayəndəsi Novruz Əsədov qeyd edilən hadisə ilə bağlı “Report”un yerli bürosuna açıqlamasında yolun mövcud vəziyyətindən xəbərdar olduqlarını bildirib.
Onun sözlərinə görə, İsmayıllı rayon 9 saylı Yol-İstismar İdarəsinin əməkdaşları torpaq sürüşməsi olan yola baxış keçiriblər və vəziyyəti qiymətləndiriblər.
İcra nümayəndəsi əlavə edib ki, yolda yaranan problem yaxın günlərdə aidiyyəti qurum tərəfindən aradan qaldırılacaq.
**
İsmayıllı rayonunun Basqal kəndindən keçən avtomobil yolunda torpaq sürüşməsi baş verib.
“Report” məlumatına görə, hazırda avtomobillər torpaq sürüşməsinə məruz qalan yolun bir hissəsi ilə hərəkət edirlər.
Kənd sakinləri bildiriblər ki, Basqal yolunda torpaq sürüşməsi müntəzəm xarakter alsa da, bununla bağlı hələ ki ciddi tədbir görülmür.
Onlar qeyd ediblər ki, Basqal kəndi turistik zona olduğundan, bu vəziyyət əraziyə gələn qonaqlar üçün də müəyyən risk yaradır.
Qanunsuz onlayn kazino oyunlarına qarşı əməliyyat - Saxlanılanlar var - VİDEO
Xəzərdə gün ərzində ikinci zəlzələ oldu - FOTO - YENİLƏNİB
Bakıda maşın piyadanı vurub öldürdü
Salyanda dörd yaşlı uşaq faciəli şəkildə ÖLDÜ - VİDEO
Goranboyda avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ - YENİLƏNİB
Bakıda avtobusda gənc qıza əxlaqsızlıq etdilər - VİDEO
Bağlı qapı arxasında qalan azyaşlılar belə xilas edildi - VİDEO
Gəncədə “102”yə yalan məlumat verdi - 15 sutka həbs olundu
Azərbaycanlı biznesmenin 8 milyardlıq "kurort"u əlindən alınır - Şirkətinə də HƏBS QOYULDU - FOTO
Müharibə iştirakçısı tanınmış həkimlərin adından istifadə edərək DƏLƏDUZLUQ ETDİ
Süni intellektlə qadınları şantaj edən Atakişiyev SAXLANILDI - VİDEO














