İsraildə motosiklet partladıldı: azı 7 nəfər yaralanıb

Hadisə 11 İyun 2023 20:50 Oxunub 746
İsraildə motosiklet partladıldı: azı 7 nəfər yaralanıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Təl-Əvivin şərqində yerləşən Ramat Qan şəhərində motosikletin partladılması nəticəsində azı 7 nəfər yaralanıb.

Məlumata görə, yaralananlardan biri ağır, digərləri isə yüngül xəsarətlər alıblar. Onların hamısı xəstəxanaya yerləşdirilib.

Qeyd olunur ki, zərərçəkənlər arasında 80 yaşlı İsrail vətəndaşı da var.

Polisin məlumatına görə, motosiklet sürücüsü dəfələrlə asayişi pozan hadisələr törədib. Partlayıcı qurğunu nəqliyyat vasitəsinə kimin yerləşdirdiyi barədə hələlik məlumat yoxdur.

Hüquq-mühafizə orqanları hadisənin qətlə cəhd kimi qiymətləndirir. (oxu.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh