İsraildə naməlum şəxs insanlara atəş açıb: Ölənlər var - VİDEO
Hadisə
29 Mart 2022 23:09
Oxunub 1468
İsrailin Bney Brak şəhərində naməlum şəxs insanlara atəş açıb.
Nəticədə beş israilli həlak olub. Bu barədə “Kan” dövlət radiostansiyası məlumat yayıb. Radionun məlumatına görə, silahlı şəxs artıq zərərsizləşdirilib. Həmçinin, İsrailin baş naziri Naftali Bennetin insidentlə bağlı təhlükəsizlik rəsmiləri ilə məsləhətləşmələr aparılacağı bildirilib. Qeyd edək ki, bu, İsraildə son yeddi gün ərzində artıq üçüncü terror aktıdır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR