İsraildə sürücü avtomobili insanların üzərinə sürdü: Yaralılar var - FOTO
Hadisə
24 İyul 2025 16:18
Oxunub 212

İsrailin Kfar-Yona bölgəsində sürücü avtomobili avtobus dayanacağında dayanan insanların üzərinə sürüb.
Bu barədə Avtosfer.az İsrail KİV-ə istinadən xəbər verir.
Məlumata görə, hadisə nəticəsində doqquz nəfər xəsarət alıb, onlardan üçünün vəziyyəti orta, digərlərinin durumu yüngül olaraq qiymətləndirilir.
Hadisəni törədən şəxs qaçıb və Fələstin Muxtariyyəti ilə sərhədə doğru hərəkət edib. Tezliklə şübhəlinin avtomobili tapılıb, lakin özü qaçıb. Onun axtarışına polis helikopterləri, motosiklet qrupları və xidməti itlər cəlb olunublar.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR



















