""İstanbul" klinikasındakı əməliyyatdan sonra beynində travma yarandı" - Ölən tələbənin dayısı - VİDEO

Xəbər verdiyimiz kimi, Abşeron rayonu Şəfəq qəsəbəsində, “Stansiya Sumqayıt” adlanan ərazidə 21 yaşlı Kəmalə Əbilova yaşadığı çoxmərtəbəli binadakı mənzilin eyvanından yıxılaraq ölüb.
Avtosfer.az xəbər verir ki, Kəmalənin Baku TV-yə danışan dayısı İlqar Behbudov bildirib ki, o, 6 ay bundan əvvəl burun əməliyyatı olub:
“Əməliyyat “İstanbul Klinika”sında olub. Ondan sonra uşağın beynində travma əmələ gəldi, həkimlərə getdi, amma düzəlmədi. Bakı Dövlət Universitetinin tələbəsi idi, əlaçı olub. Bilmirəm, əməliyyat zamanı narkozu artıq olub, yoxsa sinirə toxunublar. Vəziyyət budur. Həmin klinikada da cərrahı Rəşad Məmmədov olub. Əməliyyat vaxtı mən də orada olmuşam”.
K.Əbilovanın əmisi Cahid Əbilov isə deyir ki, onu əməliyyatdan sonra 3 dəfə həkimin yanına aparıblar: “Müayinə etdi, dərmanlar yazdı. Dərmanlar ona əks təsir göstərirdi. Adam görəndə qorxurdu, ürkürdü. Deyirdi, mənim yanıma gəlmə. Əməliyyatdan sonra 6 ay ərzində 2-3 dəfə universitetə getdi. Ancaq evə qapanmışdı, çölə çıxmırdı”.
Daha ətraflı videomaterialda:
Cərimə balı, cərimələri sistemdən “silən” DƏLƏDUZ PEYDA OLUB
Üzr istəməyən dostunu öldürdü, qaçanda maşın vurdu - BAKIDA FİLM KİMİ CİNAYƏT
Sərxoş halda 102-yə zəng edib qiymətdən danışdı, həbs olundu
Polis əməliyyat keçirdi - 126 nəfər saxlanıldı
Bakıda yük maşını təhlükə yaratdı - VİDEO
Şəhidlər məscidi yaxınlığında təhlükə: 20 gündür aşmış ağac götürülmür - FOTOLAR
FHN əməkdaşlarının hadisədən bir neçə dəqiqə əvvəl çəkilmiş görüntüsü - VİDEO
Çalışdığı avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanıldı
FHN əməkdaşının öldüyü hadisə ilə bağlı rəsmi AÇIQLAMA - FOTO - YENİLƏNİB
Bakıda “Ford" yanıb - VİDEO
Hicab bağlayıb marketi talayan qaraçı qadınlar SAXLANILDI - VİDEO









