İstanbulda film kimi oğurluq - Azərbaycanlılar həbs olundu - FOTOLAR

İstanbulun Qaziosmanpaşa rayonunda qızıl satmaq bəhanəsi ilə zərgərlik mağazasına girən azərbaycanəsilli şəxslər sahibkarı və işçini döyərək 4.7 milyon lirə dəyərində 1 kiloqram qızıl və 300 min lirə pulu oğurlayıblar. Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “Sabah” nəşri məlumat yayıb.
Belə ki, təhlükəsizlik kameralarına düşən görüntülərdə iki şəxsin vitrinin arxasından tullanaraq sahibkara hücum etdiyi, daha sonra qızıl və pulu götürərək hadisə yerindən qaçdığı əks olunub.
Bildirilir ki, dəstənin bir üzvü hadisə zamanı mağazanın yerləşdiyi küçəni yük maşını ilə bağlayaraq qaçış planını təmin edib.
Məlumata görə, İstanbul polisi tərəfindən başladılan araşdırma nəticəsində şübhəlilərin istifadə etdiyi avtomobil Sultanqazi ərazisində tapılıb. Onların saxta şəxsiyyət vəsiqələri ilə Ağrı vilayətinə getdiyi müəyyən olunub.
Hər iki şəxs Qarsda saxlanılaraq, İstanbula aparılıb.
Araşdırma zamanı məlum olub ki, dəstə üzvləri, həmçinin avqustda baş verən 2,3 milyon lirəlik TIR soyğununda da iştirak ediblər.
Hər iki faktla bağlı dindirilən 5 nəfər haqda həbs qətimkan tədbiri seçilib.






Yol kənarında əmisi oğlunu döydü - Məhkəmədə üzr istədi
Moskva-Bakı reysi ilə uçan təyyarə qəza enişi edib
Bayram tonqalına atılan benzin partlayışa səbəb oldu - 11 yaralı var - VİDEO
Bayram günü telefon dükanına girib oğurluq etdi – DİN-dən AÇIQLAMA - VİDEO
Polis əməliyyat keçirdi - 41 nəfər saxlanıldı
Neftçalada 15 və 17 yaşlı iki qardaşın faciəli şəkildə ölümünün TƏFƏRRÜATI - VİDEO
Ağır qəzada həlak olan qardaşların - FOTOLARI
Çak Norris vəfat edib
Bakıda mühafizəçinin şlaqbaum "oyunu" - Sakinlərin haqlı narazılığı - VİDEO
Şlaqbaumu qırıb mühafizəçini döyən SÜRÜCÜ SAXLANILDI - VİDEO
Oğurladığı bahalı velosipedi mağazadan çıxan kimi 460 manata satdı - VİDEO










