
İstanbulda güclü yanğın: Altı qayıq kül oldu
Hadisə
2 Yanvar 2023 15:20
Oxunub 698

Səhər saatlarında Türkiyənin Kadıköy ərazisində naməlum səbəbdən qayıqda yanğın baş verib.
Teleqraf.com xəbər verir ki, Caddebostan sahilindəki hadisə ilə bağlı xəbərdarlıq üzərinə bölgəyə polis, yanğınsöndürənlər və səhiyyə qrupları sövq edilib.
Təhlükəsizlik qrupları ətrafda təhlükəsizlik tədbirləri görərkən, yanğınsöndürənlər yanğını söndürmək üçün işə başlayıb. 5 qayığa sıçrayan yanğın yanğınsöndürənlərin müdaxiləsi ilə nəzarət altına alınıb.
Yanğında 6 qayıq yararsız hala düşüb.
ŞƏRH YAZ