İstanbulda Türkiyə və Azərbaycana məxsus tankerlər TOQQUŞDU - RƏSMİ - VİDEO - YENİLƏNİB

"İstanbulda Kiçikçəkməcə lövbər rayonunda əlverişsiz hava şəraiti səbəbindən "Kəlbəcər" tankerinin lövbər zəncirinin "Alatepe" tankerinin pərinə ilişməsi ilə bağlı aparılan tədbirlər uğurla yekunlaşıb".
Avtosfer.az xəbər verir ki, bu barədə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin (ASCO) yaydığı məlumatda qeyd edilib.
"Əməliyyat zamanı kənar xilasetmə qüvvələrinin müdaxiləsinə ehtiyac yaranmayıb. Belə ki, "Kəlbəcər" tankerinin heyəti mühərriki işə salaraq, gəmini dayaz sudan çıxarıb və dərin suya təhlükəsiz şəkildə keçid edib", - deyə bildirilib.
Məlumatda qeyd edilib ki, hadisə nəticəsində gəmiyə ziyan dəyməyib, dəniz mühitinə hər hansı zərər və ya sızma qeydə alınmayıb:
"Hazırda "Kəlbəcər" tankeri istismara tam hazırdır və növbəti səfər üçün təlimat gözləyir".
***15:18
Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi İstanbuldakı Küçükçəkməcə lövbər rayonunda baş verən hadisə ilə bağlı məlumat paylaşıb.
Bu barədə Avtosfer.az Türkiyə KİV-ə istinadən xəbər verir.
"141 metr uzunluğunda "Kəlbəcər" adlı tanker və 115 metr uzunluğunda "Alatepe" adlı tankerin Küçükçəkməcə lövbər rayonunda toqquşması ilə bağlı məlumat daxil olduqdan sonra gəmilər sahilə yaxın olduğu üçün Nəqliyyat və İnfrastruktur Nazirliyinin Sahil Təhlükəsizliyi Baş İdarəsi ilə əlaqəli quru xilasetmə qrupumuz və "KURTARMA-9" yedək gəmimiz hadisə yerinə göndərilib", - deyə nazirlikdən bildirilib.
***14:11
İstanbulun Florya sahillərində Kiçikçəkməcə lövbər rayonunda müşahidə olunan küləkli hava şəraiti səbəbindən "Kəlbəcər" tankerinin lövbər zənciri yaxınlıqdakı Türkiyə bayraqlı "Alatepe" tankerinin pərinə ilişib.
ASCO-dan Avtosfer.az-a bildirilib ki, hadisə ilə bağlı dərhal aidiyyəti qurumlara məlumat verilib. Mövcud təlimata uyğun olaraq, liman müfəttişliyinin heyəti əraziyə cəlb olunub.
Hazırda xidmət əməkdaşları tərəfindən hər iki gəmidə müvafiq texniki işlər aparılır və lövbər zəncirinin təhlükəsiz şəkildə buraxılması istiqamətində tədbirlər davam etdirilir.
Hadisə zamanı gəmidə yük olmayıb.
Vəziyyət nəzarət altındadır, heyətin təhlükəsizliyi ilə bağlı hər hansı narahatlıq yoxdur.
Xilasetmə işlərinin gedişatı ilə bağlı ətraflı məlumat veriləcək.
***
İstanbulun Florya sahillərində biri Azərbaycan, digəri isə Türkiyə bayrağı altında üzən iki tankerdən təcili yardım çağırışı daxil olub.
Avtosfer.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, xilasetmə qrupları hadisə yerinə göndərilib.
Yolu kor-koranə keçən qadın qəzadan son anda xilas oldu - VİDEO
Prospektdə gənc oğlan skuterlə əks yola çıxıb təhlükə saçdı - VİDEO
Sürücüdən MƏSULİYYƏTSİZ ADDIM: Yola beton tökdü - ANBAAN VİDEO
Xaçmazda maşın piyadanı vuraraq ÖLDÜRDÜ
Xəzər dənizində ZƏLZƏLƏ oldu - FOTO
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxladı - VİDEO
Yola baxmadan qaçan gənc az qala maşının altında qalacaqdı - ANBAAN VİDEO
Şəhərin mərkəzində “Mercedes” əks istiqamətdən gələn skuterlə toqquşdu - VİDEO
Bakıda hərəkətdə olan avtomobildə yanğın baş verdi - ANBAAN VİDEO
Azərbaycanda iş adamı faciəvi şəkildə öldü
Qanunsuz onlayn kazino oyunlarına qarşı əməliyyat - Saxlanılanlar var - VİDEO










