
Bakı aeroportunda ƏMƏLİYYAT: 17 kq qızıl saxlanıldı - FOTO
Hadisə
15 Aprel 2023 16:53
Oxunub 970

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları daxil olan əməliyyat məlumatı əsasında İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşının əl yüklərinə baxış keçirib.
Komitədən Avtosfer.az-a verilən xəbərə görə, baxış zamanı əl yüklərindən 6 qutuda qablaşdırılmış, ümumilikdə təqribi çəkisi 17 kq təşkil edən qızıl-zinət əşyaları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
ŞƏRH YAZ