İstanbulda partlayış zamanı 6 nəfər ölüb, 53 nəfər yaralanıb  - VİDEO - FOTO - YENİLƏNİB
Hadisə 13 Noyabr 2022 19:45 Oxunub 1276
İstanbulda partlayış zamanı 6 nəfər ölüb, 53 nəfər yaralanıb   - VİDEO - FOTO - YENİLƏNİB

Türkiyənin İstanbul şəhərinin Bəyoğlu məhəlləsi, İstiqlal küçəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 6 nəfərə, yaralıların sayı 53-ə çatıb.

Avtosfer.az xəbər verir ki, bu barədə İstanbul valisi Ali Yerlikaya tviter hesabında yazıb.  

"Təəssüf ki, İstiqlal küçəsində baş verən partlayış zamanı öllənlərin sayı 6 nəfərə yaralıların sayı 53-ə çatdı. Həyatını itirənlərə Allahdan rəhmət, yaralılara tezliklə sağalmalarını diləyirik", - o tivter hesabında yazıb. 

19:06

Türkiyənin İstanbul şəhərinin Bəyoğlu məhəlləsi, İstiqlal küçəsində baş verən partlayış nəticəsində 4 nəfər ölüb, 38 nəfər yaralanıb.

Avtosfer.az xəbər verir ki, bu barədə İstanbul valisi Ali Yerlikaya tviter hesabında yazıb.  

"İstiqlal küçəsində baş verən partlayış zamanı ilkin məlumata görə, 4 nəfər həyatını itirib, 38 nəfər yaralanıb. Yaralılarımız müalicə olunur.

Həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara isə tezliklə şəfa diləyirik", - o tivter hesabında yazıb.

Vali qeyd edib ki, hadisə ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

18:32

İstanbulun İstiqlal küçəsində güclü partlayış baş verib.
Avtosfer.az xəbər verir ki, ilkin məlumata görə, partlayışda 5 nəfər ölüb, 36 nəfər yaralanıb. 

Partlayışı canlı bombanın həyata keçirdiyi iddia edilir...

18:20

Türkiyənin İstanbul şəhərinin Bəyoğlu məhəlləsi, İstiqlal küçəsində baş verən partlayış nəticəsində ölən və yaralananlar var.

Avtosfer.az "Haber Global"a istinadən xəbər verir ki, bu barədə İstanbul valisi Əli Yerlikaya bildirib.

Vali qeyd edib ki, yaralı sayı 11 nəfərdir. Ölənlərin sayı açıqlanmır.

Hadisə yerinə polis, səhiyyə, xilasetmə qrupları cəlb edilib.

18:00

Türkiyənin İstanbul şəhərində partlayış baş verib.

Avtosfer.az xəbər verir ki, İstanbulun ən böyük küçələrindən olan İstiqlal küçəsində səbəbi bilinməyən partlayış səsi eşidilib. Əraziyə çoxlu sayda polis göndərilib. İlkin məlumata görə, 10 yaralı var.

İstanbul valisi partlayış barədə danışıb: “Ölən və yaralananlar var” - VİDEO - YENİLƏNİB-2

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh