İstintaq Komitəsindən 590 min dolların oğurluğunun təfərrüatı məlum olub

Ermənistan İstintaq Komitəsinin binasından 590 min dolların oğurlanması ilə bağlı səs-küylü iş üzrə ittiham olunan şəxs Edqar Qriqoryan həm də digər səs-küylü işdə - 2020-ci ilin noyabrında hökumət binasına basqınla bağlı təqsirləndirilən şəxsdir.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın İctimai Televiziyası məlumat yayıb.
Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsindən verilən məlumata görə, oğurluğun icraçısı Edqar Qriqoryan olub və cinayəti İstintaq Komitəsinin İqtisadi Cinayətlər və Qaçaqmalçılıq üzrə 5-ci İdarəsinin rəisi Qor Tadevosyan təşkil edib.
Mayın 22-də naməlum şəxsin saxta müstəntiq vəsiqəsi ilə İqtisadi Cinayətlərə və Qaçaqmalçılıq Baş İdarəsinin binasına daxil olaraq oradan qeyd edilən məbləği oğurlaması məlum olub. O, saat 16:30-da binaya daxil olub və bütün gecəni orada keçirib.
Bunun üçün Tadevosyan ona vəsiqənin surətini, həmçinin otağın və pul olan seyfin açarlarını verib. Edqar Qriqoryan otağa sübh vaxtı daxil olub.
Qriqoryan oğurluğa hazırlıq üçün əvvəllər - mayın 16-da və 20-də binaya baş çəkib. Oğurluq günü o, tibbi maska və eynək taxıb; hətta qonşuları da onu tanımayıb. Kameralar qarşısına keçən Edqar Qriqoryan əli ilə üzünü tutub.
Oğurlanmış məbləğin əsas hissəsi – 578,8 min dollar götürülüb. Tadevosyan da, Edqar Qriqoryan cinayətlərini etiraf ediblər.
Daha əvvəl bildirilib ki, binadan 590 min ABŞ dolları oğurlamaqda şübhəli bilinən 3 nəfər tutulub. Onlardan biri xidmətin əməkdaşıdır. Oğrunu öz avtomobili ilə İrəvanın Saryan küçəsindən, Baş Poçt İdarəsinin binası yaxınlığında aparan xidmətin əməkdaşı olub.
Bundan əvvəl Korrupsiyaya qarşı Mübarizə Komitəsi uzun müddət hazırlanmış və planlaşdırılmış mənimsəmə faktı üzrə cinayət işinin üstünün açıldığını, qrup üzvlərinin kimliyinin, onların rollarının, habelə oğurluq mexanizminin və pulların saxlandığı yerlərin müəyyən edildiyini bildirib. Aparılan axtarışlar və digər prosessual hərəkətlər nəticəsində oğurlanmış 590 min ABŞ dollarının böyük hissəsi – 578,8 min dolları müsadirə olunaraq götürülüb.
Sabirabadda uçan körpü sakinlərin nəqliyyat əlaqəsini kəsdi - VİDEO
Samuxda marketdən 2 min manatlıq oğurluq edildi - ANBAAN VİDEO
Bakıda 5 avtomobildən maqnitofon oğurlandı - 2144 manat maddi ziyan var
Sabiq məmur oğlunun bir milyonluq dələduzluğunun detalları - FOTO
Sərxanı xilas edən polis zabiti Şuşada qətlə yetirilən icra başçısının oğlu imiş - FOTO
Maşın qaçıran şəxs saxlanıldı
Sərxan xəstəxanadan, Gözəlov sınaqdan çıxdı… - VİDEO
Qoca Səmədovun oğlu Yevlaxda adam güllələdi - SƏBƏB - YENİLƏNİB
Sığorta qalmaqalı: “Ata Sığorta” qazini aylardır süründürür - FOTOLAR
Əlləri cibində maşın yolunu parka çevirən piyada təhlükə saçdı - VİDEO
“BakuBus”ın sürücüsü sərnişinləri avtobusdan düşürdü, yolu bağladılar - AÇIQLAMA - VİDEO











