
İstisuda “Niva”nı çaya aşırdı - YENİLƏNİB

Kəlbəcərin İstisu qəsəbəsi ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin son durumu açıqlanıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, mayın 8-də, saat 06:30-da 1985-ci il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Burun sümüyünün sınığı diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti stabil qiymətləndirilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir", - deyə məlumatda bildirilir.
***10:06
Kəlbəcərdə yol nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə rayonun İstisu qəsəbəsində qeydə alınıb.
Bakı şəhərində yaşayan, əslən Kəlbəcər rayonundan olan sürücü 1985-ci il təvəllüdlü Namiq Mamedov qəza anında “Niva” markalı avtomobili ilə birlikdə çaya düşüb.
Müxtəlif bədən xəsarətləri alan şəxs xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.