"İt uşağı parça-parça edib, özümə gələ bilmirəm" - Tanınmış bloqer - VİDEO

Xırdalanda bir itin azyaşlı uşağı parçaladığı bildirilir. Avtosfer.az "Bakupost"a istinadən xəbər verir ki, bu barədə məlumatı bloqer Arifə Məmmədova sosial şəbəkə hesabında paylaşıb. Onun sözlərinə görə, hadisəyə dair görüntülər izləyicilərindən biri tərəfindən ona göndərilib.
Ağlaya-ağlaya paylaşım edən bloqer bildirib ki, videonu izlədikdən sonra özünə gələ bilmir:
“Tüklərim biz-biz olub. O dərəcədə çox pisəm. Belə şeylərə çox həssasam. Xırdalanda itlər hədsiz dərəcədə çoxalıb. Həmin itlər bir uşağı parça-parça edib. Anası fəryad edirdi. İstəyənlərə həmin videonu göndərə bilərəm”.
Bloqer həmçinin aidiyyəti qurumları küçə itlərinin yığışdırılmasına çağırıb:
“Küçə heyvanlarına diqqət olunsun. Mən heyvanlara qarşı çox həssasam, amma uşağı elə günə qoyublar ki, özümə gələ bilmirəm. Uşağın üzü-gözü çox bərbad vəziyyətdədir. Mənə izləyicilərim atıblar ki, xahiş edirik, bunu işıqlandırın. Mənim də uşaqlarımın dayəsi gecə evinə gedəndə deyir ki, yollarda dəhşətli dərəcədə çox itlər var, adamın üstünə cumurlar, nəzarət edən yoxdur. Lazımi qurumlardan xahiş edirəm, bu heyvanları küçələrdən yığışdırsınlar. Cumurlar adamların üstünə, onlar da bilmirlər nə etsinlər. Bir çoxları çarəsizdir. Zibilliklər də aşıb-daşır, tez-tez yığışdırmırlar, itlər də zibilliklərin yanına toplaşır. Buna da nəzarət olunsun”.
Bakıda tanınmış fotoqrafa məxsus QARAJ YANDI - VİDEO - YENİLƏNİB
Yol kənarında əmisi oğlunu döydü - Məhkəmədə üzr istədi
Moskva-Bakı reysi ilə uçan təyyarə qəza enişi edib
Bayram tonqalına atılan benzin partlayışa səbəb oldu - 11 yaralı var - VİDEO
Bayram günü telefon dükanına girib oğurluq etdi – DİN-dən AÇIQLAMA - VİDEO
Polis əməliyyat keçirdi - 41 nəfər saxlanıldı
Neftçalada 15 və 17 yaşlı iki qardaşın faciəli şəkildə ölümünün TƏFƏRRÜATI - VİDEO
Ağır qəzada həlak olan qardaşların - FOTOLARI
Çak Norris vəfat edib
Bakıda mühafizəçinin şlaqbaum "oyunu" - Sakinlərin haqlı narazılığı - VİDEO
Şlaqbaumu qırıb mühafizəçini döyən SÜRÜCÜ SAXLANILDI - VİDEO










