İtaliyada sel maşınları sürüklədi, yolları dağıtdı: Ölənlər var  - VİDEO - FOTO
Hadisə 16 Sentyabr 2022 23:00 Oxunub 1594
İtaliyada sel maşınları sürüklədi, yolları dağıtdı: Ölənlər var    - VİDEO - FOTO

İtaliyanın Marke bölgəsinə yağan güclü yağışlar nəticəsində azı altı nəfər ölüb, üç nəfər itkin düşüb.

Bu barədə xilasetmə xidməti məlumat yayıb.

Bildirilir ki, iki-üç saat ərzində təxminən 420 mm yağıntı düşüb ki, bu da bölgədə bir illlik normanın yarısı qədərdir.

Məlumata görə, infrastruktura ziyan dəyib, torpaq sürüşmələri olub, bəzi yollar bağlanıb. Bəzi şəhərlərdə küçələri tamamilə su basıb, avtomobilləri su axınları aparıb. Elektrik enerjisinin verilişində və rabitədə kəsintilər var. Bəzi şəhərlərdə məktəblər bağlanıb.

 

Mənbə: La Repubblica

ŞƏRH YAZ
Ad

E-mail

Şərh