İtaliyada ukraynalı qaçqınların olduğu avtobus aşıb
Hadisə
13 Mart 2022 19:00
Oxunub 1626
İtaliyanın mərkəzində qəzaya uğrayan avtobus 20-dən çox Ukrayna vətəndaşını qaçqınların müvəqqəti qəbulu mərkəzinə aparırdı.
“Il Messaggero” qəzetinin bazar günü aydınlaşdırdığı kimi, yol kənarına uçan və aşmış avtomobildə 21 nəfər olub. Bir qadın ölüb, beş nəfər yaralanıb. Səbəbləri araşdırılan qəza səhər tezdən avtomobil yolunun Forli-Çesena əyalətində (Emiliya-Romanya bölgəsi) hissəsində baş verib. Avtobus Peskaraya gedirdi.
Hadisə yerində xilasetmə işləri davam edir.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR