Banner

İtdən qaçan uşağı avtomobil vurdu - VİDEO

Hadisə 5 İyun 2025 17:53 Oxunub 130
İtdən qaçan uşağı avtomobil vurdu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Yekaterinburqda itdən qaçmaq istəyən uşağı avtomobil vurub.

Avtosfer.az xəbər verir ki, bu barədə "Ural Mash" Telegram kanalı məlumat yayıb.

"Metallurqlar küçəsində 12 yaşlı uşaq səki ilə gedərkən it ona hürüb. Uşaq qorxaraq yola çıxıb və maşınla toqquşub. Onun baldır sümükləri sınıb və xəstəxanaya aparılıb", - məlumatda deyilir.

Hadisənin görüntülərini küçə kamerası lentə alıb. Görüntülərdə itin yolun kənarında dayanan uşağa hücum etdiyi görünür. Uşaq qorxusundan yolun kənarına qaçır və orada onu maşın vurur.

Regional Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyi qeyd edib ki, it əvvəllər də yoldan keçənləri qorxutduğu üçün tutularaq müvəqqəti neytrallaşdırılıb.

Hazırda hüquq-mühafizə orqanları itin sahibinin kimliyini müəyyənləşdirir. Polis qəza ilə bağlı araşdırma aparır.(Bakupost.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh