İtin ağzına tüfəng soxub atəş açdılar - FOTO

Hadisə 11 İyul 2024 12:13 Oxunub 242
İtin ağzına tüfəng soxub atəş açdılar  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Türkiyədə itə işgəncə verilib.

Avtosfer.az xəbər verir ki, Türkiyənin Hatay vilayətində küçə itinə qarşı şiddət göstərilib. Belə ki, əvvəlcə ayaqlarından asılaraq döyülən iti daha sonra ağzına ov tüfəngi soxaraq vurublar.

Hadisə şahidi Betül Kayanın verdiyi məlumata görə, hadisəni törədən şəxslərə dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, itə qarşı edilən şiddətin qarşısını ala bilməyib. Xanımın polis çağırmasından sonra hadisəni törədən şəxslər ərazidən qaçıb.

Betül Kaya daha sonra iti baytara aparıb və rentgen zamanı məlum olub ki, heyvanın boğazına ov tüfəngindən açılan atəş zamanı qəlpələr saplanıb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs Antakya polisi tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırmalar davam edir.

Səfər Əlizadə

ŞƏRH YAZ
Ad

E-mail

Şərh