İtkin düşən 13 yaşlı qızın babası: "Rəfiqəsinə deyib ki, qaçıram" - VİDEO

Tovuzda itkin düşən məktəbli qızı sonuncu dəfə Gəncədə görüblər.
Avtosfer.az "Unikal"a istinadla xəbər verir ki, itkin düşən 2012-ci il təvəllüdlü A.Süleymanova Gəncədə yerləşən xəstəxanaların birinin qarşısında avtobusdan düşüb. Məktəblini xəstəxananın xadimələrindən biri görüb.
Daxili İşlər Nazirliyinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, hazırda şəxsin yerinin müəyyən edilməsi istiqamətində Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən axtarışlar davam etdirilir.
**
Tovuzun Bozalqanlı kəndində 13 yaşlı məktəblinin itkin düşməsi ilə bağlı bəzi detallar məlum olub.
7-ci sinif şagirdi olan yeniyetmə qızın məktəbdən çıxdıqdan sonra hara getdiyi məlum deyil.
Avtosfer.az xəbər verir ki, bu barədə məktəblinin babası Zirəddin Süleymanov hadisə ilə bağlı Baku TV-yə açıqlama verib.
"Müəllim qızıma zəng edib deyib ki, son vaxtlar sözə baxmır, nəsə deyəndə eşitməzliyə vurur. Əlində yazılar və şpris tutmuşam. Müəllimlə danışmaq üçün məktəbə yollandıq, sonra isə nəvəm evə qayıtmaq adı ilə oradan uzaqlaşdı. Sonradan öyrəndik ki, çantasını sinif yoldaşına verib, qaçıb", - deyə o bildirib.
Qeyd edək ki, yeniyetmənin valideynləri ayrılıb. Məktəbli və bacısı ata, nənə və babası ilə yaşayır.
Ətraflı süjetdə:
Cərimə balı, cərimələri sistemdən “silən” DƏLƏDUZ PEYDA OLUB
Üzr istəməyən dostunu öldürdü, qaçanda maşın vurdu - BAKIDA FİLM KİMİ CİNAYƏT
Sərxoş halda 102-yə zəng edib qiymətdən danışdı, həbs olundu
Polis əməliyyat keçirdi - 126 nəfər saxlanıldı
Bakıda yük maşını təhlükə yaratdı - VİDEO
Şəhidlər məscidi yaxınlığında təhlükə: 20 gündür aşmış ağac götürülmür - FOTOLAR
FHN əməkdaşlarının hadisədən bir neçə dəqiqə əvvəl çəkilmiş görüntüsü - VİDEO
Çalışdığı avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanıldı
FHN əməkdaşının öldüyü hadisə ilə bağlı rəsmi AÇIQLAMA - FOTO - YENİLƏNİB
Bakıda “Ford" yanıb - VİDEO
Hicab bağlayıb marketi talayan qaraçı qadınlar SAXLANILDI - VİDEO








