İtkin düşən azərbaycanlı qızın anası: "Sonuncu dəfə gecə səsyazısı göndərdi" - VİDEO

Qonşu ölkədə itkin düşən 21 yaşlı soydaşımızdan 40 gündən çoxdur ki, xəbər yoxdur.
Avtosfer.az xəbər verir ki, Gürcüstanda azərbaycanlıların kompakt yaşadıqları Qardabani rayonunun Kosalı kənd sakini Aytac Məmmədova aprelin 1-də Tbilisidə itkin düşüb. Aytac Tbilisi Dövlət Universitetinin ikinci kurs tələbəsidir və o, təhsili ilə əlaqədar Tbilisidə yaşayıb. Ailəsi ilə sonuncu dəfə dostunun doğum gününə getməsi barədə danışıb. Oradan ayrıldıqdan sonra Aytac anasına səsli mesaj göndərib və əlaqə tamamilə kəsilib. "Rəfiqəsinin ad gününə getmək istəmirdi. Özüm göndərdim ki, gedib bir az dincəlsin. Əlaqə saxlayırdım. Sonuncu dəfə gecə səsyazısı göndərdi. "Gecən xeyrə qalsın. Səni öpürəm, heç nəyə üzülmə, sən yaxşı şeylərə layiqsən", - deyirdi. Bir dəqiqə keçməmiş zəng edəndə, cavab vermədi", - deyə itkin düşən qızın anası Elza Omarova söyləyib. Aytac Məmmədovanın Tbilisidə Kür çayına düşdüyü ehtimal edilir və axtarışlar həm quruda, həm də suda davam etdirilir. Gürcüstan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Aytac Məmmədovanın axtarışları istiqamətində bütün lazımi tədbirlər görülür.
Daha ətraflı Baku TV-nin videomaterialında:
Üzr istəməyən dostunu öldürdü, qaçanda maşın vurdu - BAKIDA FİLM KİMİ CİNAYƏT
Sərxoş halda 102-yə zəng edib qiymətdən danışdı, həbs olundu
Polis əməliyyat keçirdi - 126 nəfər saxlanıldı
Bakıda yük maşını təhlükə yaratdı - VİDEO
Şəhidlər məscidi yaxınlığında təhlükə: 20 gündür aşmış ağac götürülmür - FOTOLAR
FHN əməkdaşlarının hadisədən bir neçə dəqiqə əvvəl çəkilmiş görüntüsü - VİDEO
Çalışdığı avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanıldı
FHN əməkdaşının öldüyü hadisə ilə bağlı rəsmi AÇIQLAMA - FOTO - YENİLƏNİB
Bakıda “Ford" yanıb - VİDEO
Hicab bağlayıb marketi talayan qaraçı qadınlar SAXLANILDI - VİDEO
Bir marketdən oğurlayıb başqasına satdı - Polis saxladı











