İtkin düşən məktəbli qızlar tapıldı - YENİLƏNİB

Hadisə 27 Oktyabr 2023 18:21 Oxunub 420
İtkin düşən məktəbli qızlar tapıldı  - YENİLƏNİB

Gəncə və Tovuzda itkin düşən 14 yaşlı qızlar tapılıblar.

Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.

O qeyd edib ki, polis əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində hər iki şəxsin yeri müəyyən olunaraq ailələrinə təhvil verilib.

***

Tovuzda və Gəncədə yeniyetmə qızlar itkin düşüb.

14 yaşlı G. Bayramova Tovuzun Aşağı Quşçu kəndində, onunla eyni yaşda olan T. Qurbanova isə Gəncə şəhəri Ş. İ. Xətai prospektindəki evlərindən çıxaraq bir daha geri qayıtmayıblar.

Onların hər ikisinin orta məktəb şagirdi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. (lent.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh