İtlərdən gizlənmək üçün girdiyi həyətdən 15 minlik antik əşya oğurladı

Bakıda itlərdən qorunmaq üçün girdiyi həyətdən 15 minlik oğurluq edən şəxsə hökm oxunub.
Avtosfer.az xəbər verir ki, hadisə Suraxanı rayonu, Əmircan qəbiristanlığı yaxınlığında yerləşən həyət evlərinin birində baş verib.
Belə ki, 11 avqust 1997-ci il təvəllüdlü Ramiz Həsənov (soyad şərti) siqaret almaq üçün evinin yaxınlıqda yerləşən köşklərdən birinə gedib. 8 saylı poliklinikanın yaxınlığında, Əmircan qəbiristanlığı ilə üzbəüz yerləşən oyun meydançasından keçərkən 5-6 it üstünə hücum edib. İtlərin hücumundan qorunmaq üçün yaxınlıqda yerləşən evlərin birinin hasarını aşaraq həyətə daxil olub.
Həyətə düşdüyü hissədə 1 ədəd dəyəri 100 manat olan samovarı və çəkisi 25,5 kiloqram, dəyəri 15 min manat olan antik mis qazanı oğurlayaraq ərazini tərk edib.
Məhkəmənin qərarı ilə Ramiz Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 2 il 6 ay azadlıqdan məhrum edilib.
“20 Yanvar” istiqamətində avtomobil alışdı: Sıxlıq yarandı - FOTO - VİDEO
Füzulidə 33 yaşlı kişi həyat yoldaşını oğurladı
Dumanlı havada ölüm təhlükəsi: Dağ Göylər-Çöl Göylər yolu sürücüləri NARAHAT EDİR
Avtobusdan düşən qadın az qala maşına çırpılacaqdı - ANBBAN VİDEO
Xırdalanda qəzaya səbəb olan kanalizasiya lükü bərpa olundu - VİDEO
Sumqayıtda iki avtomobil toqquşdu, biri yandı - VİDEO - YENİLƏNİB
Asfaltlanandan bir gün sonra çökdü - FOTO - YENİLƏNİB
Avtobus sürücüsü sükan arxasında ölüb
“Volkswagen”dən videoqeydiyyatçı və monitor oğurlanıb
Xırdalanda qəzaya səbəb olan kanalizasiya lyuku ilə bağlı TƏDBİR GÖRÜLƏCƏK - VİDEO - YENİLƏNİB
Azərbaycanda DƏHŞƏT: Hərbi qulluqçu tanışını öldürdü











