İyirmi gün əvvəl azadlığa çıxmışdı, yenidən həbs olundu

Hadisə 29 Oktyabr 2024 21:27 Oxunub 204
İyirmi gün əvvəl azadlığa çıxmışdı, yenidən həbs olundu
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Müsəlman Birliyi Hərəkatının üzvü Əhsən Nuruzadə həbs edilib.

Avtosfer.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Hərəkat üzvü Nərimanov Rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada 2 ay həbs edilib.

O, İnzibati Xətalar Məcəlləsinin (İXM) 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddəsi ilə təqsirli bilinib.

Qeyd edək ki, Ə.Nuruzadə 7 il həbsdə olub. O, 20 gün əvvəl azadlığa buraxılmışdı.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh