Banner

İyirmi gün əvvəl sədr seçilən Kamran Əsədov vəzifəsindən kənarlaşdırıldı

Hadisə 16 Dekabr 2025 22:39
İyirmi gün əvvəl sədr seçilən Kamran Əsədov vəzifəsindən kənarlaşdırıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Elm və Təhsil İșçiləri Həmkarlar İttifaqı Nərimanov Rayon Komitəsinin sədri Kamran Əsədov vəzifəsindən uzaqlaşdırılıb. Avtosfer.az-ın "Unikal"a istinadən məlumatına görə, hazırda sədr vəzifəsini Renata Mənsurova icra edir. Məlumatı ETİHİ-nin Nərimanov Rayon Komitəsindən saytımıza təsdiqləyiblər. 

Qeyd edək ki, K.Əsədov sözügedən vəzifəyə bu ilin noyabrın 27-də seçilib. Noyabrın 28-dən fəaliyyətə başlayıb. Dekabrın 12-də isə onun barəsində cinayət işi açıldığına dair məlumat yayıldı. Cinayət işinin ibtidai istintaqı artıq yekunlaşıb. Belə ki, hazırda məhkəmə istintaqı davam edir. Kamran Əsədov tanışı Gündüz Abbasovla birlikdə 2025-ci ildə keçirilən qəbul və buraxılış imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunur. Onlara Cinayət Məcəlləsinin 302.3-cü (gizli informasiya əldə etmək üçün nəzərdə tutulmuş texniki vasitələrin qanunsuz satılması və ya satış məqsədilə əldə edilməsi) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib.

Oxunub 468
ŞƏRH YAZ
Ad

E-mail

Şərh