İzmir sahillərində batan qayıqdan 37 miqrant xilas edildi

İzmirin Dikili rayonunun Bademli sahillərində aparılan axtarış-xilasetmə əməliyyatları nəticəsində bir ədəd rezin qayığın içərisindən 37 qeyri-qanuni miqrant sağ olaraq xilas edilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya "X" hesabında yazıb.
Nazir bildirib ki, ərazidə miqrant qayığının olduğu barədə məlumat daxil olduqdan dərhal sonra axtarış-xilasetmə üçün TCSG-61 və TCSG-907 təyin edilib.
Nəticədə əlverişsiz hava şəraiti səbəbindən yarıbatmış vəziyyətdə olan qayıq tapılıb. 37 nəfər xilas edilib, bir miqrantın isə cəsədi tapılıb.
Məlumata görə, miqrantların sayı ümumilikdə 45 nəfər olub və itkin düşdüyü ehtimal edilən 7 qeyri-qanuni miqrantla bağlı axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Hadisə yerinə TCSG-502 nömrəli sahil mühafizəsi helikopteri cəlb edilib.
QHT əməkdaşı Ağdərədə minaya düşüb, ayağı amputasiya olunub
Masallıda 9 kq narkotik vasitə dövriyyədən çıxarılıb - FOTO
Gəncədə sürücülər arasında dava düşdü – Biri digərinin burnunu sındırdı
Bakıda taksi sürücüləri müştəri üstündə dava etdilər — TƏFƏRRÜAT
Şamaxıda zəlzələ olub
Suya düşən maşındakı insanları xilas edən polis əməkdaşı imiş – VİDEO - YENİLƏNİB
Bakıda sürət yarışı keçirən “Mustang” və “BMW” sürücüləri tutuldu - Məhkəmə cəzalandırdı
Səkidən qəfil yola çıxan qadınlar sürücünü çətin vəziyyətdə qoydu - VİDEO
Qəza törədib hadisə yerindən yayınan “Subaru” sürücüsü saxlanılıdı
Binəqədidə “Opel” yolun ortasında alışıb yandı - VİDEO
Həbsdə olan sabiq "Formula-1" pilotunun 9 avtomobili oğurlandı











