İzmirdə məşhur universitetin müəllimi qətliam kimi cinayət törətdi: Özü də intihar etdi - FOTO

Türkiyənin İzmir şəhərində Ege Universitetinin müəllimi və dosenti Yusuf Yılmaz azyaşlı qızı və qayınanasını tapança ilə qətlə yetirib.
Yılmaz, həmçinin həmkarı və boşanma mərhələsində olduğu arvadı, dosent Derya Uzelli Yılmazı da ağır yaralayıb, daha sonra isə intihar edib.
38 yaşlı Yusuf Yılmaz həyat yoldaşı Derya Uzelli Yılmazın yaşadığı evin qarşısına gəlib və burada avtomobildən düşən 4 yaşlı qızı Linda Yılmazı, 61 yaşlı qayınanası Dilek Uzellini və 38 yaşlı həyat yoldaşı Derya Uzelli Yılmazı tapança ilə vurub. Sonra eyni silahla öz başına atəş açıb.
Nəticədə Linda Yılmaz və Dilek Uzelli həyatlarını itiriblər. Derya Uzelli Yılmaz isə təcili yardımla Ege Universiteti Xəstəxanasına aparılıb və vəziyyətinin ağır olduğu bildirilib.
Cütlüyün boşanma prosesinin mübahisəli keçdiyi və xərçəng xəstəsi olan Yusuf Yılmazın bir müddətdir müalicə üçün xaricə gedib-gəldiyi məlum olub.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb. (oxu.az)
Bayram tonqalına atılan benzin partlayışa səbəb oldu - 10 yaralı var - VİDEO
Bayram günü telefon dükanına girib oğurluq etdi – DİN-dən AÇIQLAMA - VİDEO
Polis əməliyyat keçirdi - 41 nəfər saxlanıldı
Neftçalada 15 və 17 yaşlı iki qardaşın faciəli şəkildə ölümünün TƏFƏRRÜATI - VİDEO
Ağır qəzada həlak olan qardaşların - FOTOLARI
Çak Norris vəfat edib
Bakıda mühafizəçinin şlaqbaum "oyunu" - Sakinlərin haqlı narazılığı - VİDEO
Şlaqbaumu qırıb mühafizəçini döyən SÜRÜCÜ SAXLANILDI - VİDEO
Oğurladığı bahalı velosipedi mağazadan çıxan kimi 460 manata satdı - VİDEO
Kiberdələduzluq edən haker dəstə tutuldu - Bank səhifələrinin oxşarını yaradırmışlar - VİDEO
Avtoyuma məntəqəsindən maşın OĞURLANDI










