Banner

İki yaşlı uşaq qonşunun evində yıxılıb ÖLDÜ - YENİLƏNİB

Hadisə 29 Oktyabr 2026 13:06
İki yaşlı uşaq qonşunun evində yıxılıb ÖLDÜ   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

Bakının Sabunçu rayonunda körpənin yıxılaraq ölməsi ilə bağlı yeni təfərrüat açıqlanıb.

Avtosfer.az xəbər verir ki, azyaşlının əmisi Teymur Əliyev "Teleqraf"la əlaqə saxlayaraq bildirib ki, 2 yaşlı A.İsmayılovun anası və atası boşanıb, azyaşlı anası ilə yaşayırmış:

"9 yaşlı bacısı isə qardaşımla qalır. Uşağın anası işlədiyi üçün körpəni dayəyə verib. Ayda 250 manat ödəyirmiş. Həmin dayə bizim övladımızdan başqa dörd uşağa da baxır. Hadisədən sonra anası deyir ki, ötən həftə də uşağın üzündə xəsarət olub, dayə fotosunu göndərib yıxıldığını deyib. Dünən morqda baxdım ki, üzündəki həmin izlər qapqara idi. Dünən ikinci dəfə yıxılaraq başı dəyib, beyninə qan sızıb".

Onun sözlərinə görə, dayənin qayınanası hadisə baş verən kimi azyaşlını xəstəxanaya aparıb.

Teymur Əliyev deyib ki, dayə və ailə üzvləri yaşadıqları kirayə evi tərk ediblər, hüquq-mühafizə orqanları axtarış aparır.

***11:06

Bakıda azyaşlı bədbəxt hadisə nəticəsində ölüb.

Avtosfer.az xəbər verir ki, hadisə oktyabrın 28-i saat 18 radələrində Sabunçu qəsəbəsində baş verib.

Qəsəbə sakini 2024-cü il təvəllüdlü Atilla Vasif oğlu İsmayılov qonşunun evində pilləkəndən yıxılaraq ölüb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

 

Oxunub : 180
ŞƏRH YAZ
Ad

E-mail

Şərh