İlyas Yalçıntaş həbs edildi

Türkiyədə məşhurları əhatə edən narkotik istintaqı çərçivəsində saxlanılan şübhəlilərdən 4-ü həbs olunub. Həbs edilənlər arasında tanınmış müğənni İlyas Yalçıntaş da yer alıb.
Avtosfer.az xəbər verir ki, Bakırköy Respublika Baş Prokurorluğunun apardığı araşdırma çərçivəsində saxlanılan 19 şübhəli İstanbul Vilayət Jandarma Komandanlığında aparılan prosedurlardan sonra məhkəmə-tibbi ekspertizaya göndərilib.
İlkin prosedurların ardından Mehmet Fatih Aksoy, Hazal Eylem İpek Şafak və Burak Çelik sərbəst buraxılıb. Digər 16 şübhəli isə ifadələrinin alınması üçün ədliyyəyə göndərilib.
Prokurorluqda ifadə verən Ayşe Nur Balcı, Öner Faruk İşık, Şefik Ömer Dolman, Orhan Yıldız və İlyas Yalçıntaş həbs tələbi ilə məhkəməyə çıxarılıb.
Məhkəmə İlyas Yalçıntaş, Ayşe Nur Balcı, Orhan Yıldız və Şefik Ömer Dolmanın “narkotik və ya stimullaşdırıcı maddələrin istehsalı və ticarəti” ittihamı ilə həbsinə qərar verib. Öner Faruk İşık isə məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılıb.
Məhkəmə nəzarəti tələb edilən 11 şübhəlinin işi üzrə araşdırmalar davam edir. Eyni zamanda, barəsində həbs qərarı verilən, lakin hələ saxlanılmayan 6 şəxsin tutulması üçün tədbirlər görülür.
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO












