İnternat məktəbində OLAY – Direktor ağır yaralanan şagirdi niyə xəstəxanaya aparmağa QOYMADI?

Bakıda üçüncü sinif şagirdi dərs zamanı xəsarət alıb. Hadisə aprelin 9-da saat 16 radələrində Xəzər rayonunun Türkan qəsəbəsində yerləşən E.Mirzəyev adına 6 nömrəli Respublika xüsusi internat məktəbində baş verib.
Avtosfer.az Bizim.Media-ya istinadla xəbər verir ki, bu barədə Türkan qəsəbə sakini Vüqar Əmirov bildirib.
Qeyd edib ki, üçüncü sinif şagirdi Tural Ağayev (ad-soyad şərtidir - red.) dərs zamanı idman zalında yıxılıb. Nəticədə şagirdin ağız nahiyəsində yırtıq yaranıb, qolu isə sınıb.
İddialara görə, hadisədən sonra məktəb rəhbərliyi tərəfindən şagirdin xəstəxanaya aparılmadığı, ev şəraitində həkim çağırılması və yaraya tikişlərin qoyulması tapşırılıb.
Qəsəbədən çağırılan Muxtar adlı həkim tərəfindən şagirdin ağız nahiyəsindəki yaralara tikişlər atıldığı qeyd olunur.
Məsələ ilə bağlı E.Mirzəyev adına 6 nömrəli Respublika xüsusi internat məktəbin direktoru Dilarə Novruzova faktı təsdiqləsə də, əlavə məlumat verməkdən imtina edib.
Bu ərazidə rayon maşınları hər gün piyadaların yolunu kəsir - VİDEO
Ən ölümcül hava hadisələri açıqlandı
Övladına məktəb ləvazimatları almaq istədi - Ödəmə terminalını yardı
Təcili yardım avtomobili vuruldu - 3 nəfər xəsarət aldı - FOTO
ABŞ-də yaşayan azərbaycanlı gənci ailəsi axtarır
Masazırda DƏHŞƏTLİ HADİSƏ - İki qadın qətlə yetirildi - FOTO - YENİLƏNİB
“Təcili evə getməliyəm” deyib başqasının maşınını qaçırmağa çalışdı - VİDEO
Xırdalanda piyada özbaşınalığı: Yolu necə gəldi keçənlər təhlükəyə səbəb olur - VİDEO
Xətaidə "Maserati" yandı - Mühərrik qəfil alovlanıb - VİDEO
Böyükşor yolunda üç nəfərin öldüyü dəhşətli qəza ilə bağlı ağır cəza tələbi - VİDEO
Dövlət Xidmətinin əməkdaşı faciəvi şəkildə öldü - FOTO








