İsmayıllı-Lahıc yolunda uçqun oldu - Hərəkət dayandı - FOTO - YENİLƏNİB

Hadisə 16 May 2026 10:42
İsmayıllı-Lahıc yolunda uçqun oldu - Hərəkət dayandı - FOTO  - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

İsmayıllı-Lahıc avtomobil yolunda aparılan işlərin yaxın saatlarda başa çatdırılması planlaşdırılır.

Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Nəcəfli məlumat verib.

O bildirib ki, Lahıc-Burovdal avtomobil yolunun 17 və 17.2-ci kilometrlik hissələrində qaya uçqunu baş verib:

"Hadisədən dərhal sonra əraziyə agentliyin əməkdaşları və xüsusi texnikalar cəlb olunublar. Gecə yolun hərəkət hissəsinin qaya parçalarından təmizlənməsi işləri aparılıb və hazırda da davam etdirilir. Uçqun baş verən ərazilərdən birində təmizləmə işləri artıq yekunlaşıb, digər hissədə isə işlərin yaxın saatlarda başa çatdırılması planlaşdırılır".

***09:15
İsmayıllı–Lahıc avtomobil yolunda baş verən qaya uçqunu səbəbindən nəqliyyatın hərəkəti dayandırılıb.

Avtosfer.az AZƏRTAC-a istinadən xəbər verir ki, yolun dağlıq ərazidən keçən hissəsində iri qaya parçalarının qoparaq magistrala düşməsi nəticəsində hər iki istiqamətdə avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Hadisə səbəbindən Lahıc qəsəbəsi də daxil olmaqla, ətraf kəndlərin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi müvəqqəti kəsilib.

Yolun qaya parçaları və daşlardan təmizlənməsi məqsədilə əraziyə səhər saatlarından etibarən ağır texnika cəlb olunub. Hazırda yolun qısa müddətdə yenidən istifadəyə verilməsi üçün təmizləmə və bərpa işləri aparılır.

 




 

Oxunub : 340
ŞƏRH YAZ
Ad

E-mail

Şərh