Banner

İsmayılovlar ailəsində DƏHŞƏT: Ölən və yaralılar var

Hadisə 27 Oktyabr 2026 16:53
İsmayılovlar ailəsində DƏHŞƏT: Ölən və yaralılar var
WhatsApp kanalımıza abunə olun

Salyanda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb.

Salyan rayon prokurorluğundan Avtosfer.az-a verilən məlumata görə, oktyabrın 27-də Salyan rayonunun Sarvan kənd sakini 1971-ci il təvəllüdlü Çiçək İsmayılovanın yaşadığı evdə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla 1998-ci il təvəllüdlü Pərvin İsmayılovun ailə üzvləri 1966-cı il təvəllüdlü Ağababa İsmayılov, 1989-cu il təvəllüdlü Təranə İsmayılovaya və Çiçək İsmayılovaya bıçaqla xəsarətlər yetirməsi, nəticədə sonuncunun almış olduğu xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, P.İsmayılov prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

***15:11

Salyan rayonunda bıçaqlanan iki nəfərin vəziyyəti ağırdır.

Bu barədə Avtosfer.az-a Salyan Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Qeyd olunub ki, oktyabrın 27-də saat 13:30 radələrində 2 nəfər (1 kişi, 1 qadın) xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Müxtəlif bədən xəsarətləri alan pasiyentlər üzərində hazırda cərrahi əməliyyat icra olunur. 1 nəfərin vəziyyəti ağır, digər şəxsin vəziyyəti isə orta ağır qiymətləndirilir.

***14:36

Salyan rayonunda bir ailənin üç üzvü bıçaqlanıb, onlardan biri ölüb.

Avtosfer.az Apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Sarvan kəndində qeydə alınıb.

1998-ci il təvəllüdlü Pərvin İsmayılov anasını, atası-1966-cı il təvəllüdlü Ağabala İsmayılovu və qardaşının həyat yoldaşı 1988-ci il təvəllüdlü Təranə İsmayılovanı bıçaqlayıb.

Nəticədə ana aldığı xəsarətlərdən ölüb, digər iki yaralı xəstəxanaya yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən Pərvin İsmayılov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxunub : 552
ŞƏRH YAZ
Ad

E-mail

Şərh