İsrailin zərbələri nəticəsində 200 uşaq həlak olub

BMT-nin Uşaq Fondu UNİCEF-in məlumatına görə, "Hizbullah" hərəkatı ilə hərbi əməliyyatların yenidən başladığı martın 2-dən bəri Livanda davam edən İsrail hücumları nəticəsində azı 200 uşaq həlak olub. Avtosfer.az xəbər verir ki, "Bizim.Media" bu barədə xarici KİV-ə istinadla məlumat verir. Bildirilib ki, aprelin 17-dən qüvvədə olan atəşkəsə baxmayaraq, müharibədən zərər çəkmiş bu ölkədə təkcə son bir həftə ərzində azı 59 uşaq öldürülüb və ya yaralanıb. "Livandakı uşaqlar davam edən zorakılıqdan, məcburi köçkünlükdən və travmatik hadisələrdən əziyyət çəkməkdə davam edirlər", - BMT agentliyinin açıqlamasında deyilir. Martın 2-dən bəri uşaqlar arasında ümumi qurbanların sayı 200 ölü və 806 yaralıya çatıb ki, bu da hər gün təxminən 14 uşağın həlak olması və ya yaralanması deməkdir.
Çuxurlar yolu iflic edib, sürücülər əks yola çıxmağa məcbur qalır - VİDEO
Təcili yardıma yol verən sürücünün avtomobilini vurdu, sonra ərazidən qaçdı - VİDEO
Xocasən yolundakı çuxurlar ya ziyan vurur, ya da qəza riski yaradır - VİDEO
İçərişəhərdə maşınını park edən idmançı qiymətdən şoka düşdü - VİDEO
Biləcəridə nəhəng ağac yolu bağladı, işi yarımçıq qoyub getdilər - VİDEO
Xırdalanda güclü külək binanın dam örtüyünü uçurdu – VİDEO
Bakıda avtobus qəza törətdi: Ölən var
Sərhədi uçuş aparatı ilə pozan İran vətəndaşı saxlanıldı - DSX-dən ƏMƏLİYYAT - VİDEO
"Başı ağrıyırmış, hamama gedib..." - Yataqxanada tələbənin ölümünün təfərrüatı - VİDEO
Azərbaycanda mina partlayışı: Ölən və yaralanan var - RƏSMİ
Qadın müştəri kimi mağazaya girdi, qızılı ovucunda gizlədib apardı - VİDEO












