İcra başçısının qalmaqallı nümayəndəsi həbs edildi

Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadənin Yuxarı Seyidlər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İntizam Məmmədov inzibati qaydada həbs olunub.
Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, dövlət məmuru "3 yol” adlanan ərazidə səs-küy salaraq nalayiq ifadələr işlətməsi və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması səbəbilə saxlanılıb.
İntizam Məmmədov Zərdab şəhərinin "Bayraq Meydanı" adlanan hissəsində "Renault Megane” markalı avtomobili idarə edərkən təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə DYP əməkdaşları tərəfindən saxlanılıb. Lakin o, bu haldan əsəbiləşərək yol polislərindən birinə "gəl sənə hörmət edim, çıxım gedim” deyib və nəqliyyat vasitəsi ilə ərazidən uzaqlaşıb.
Daha sonra o, "3 yol” adlanan ərazidə yenidən saxlanılıb və bu zaman yüksək səslə nalayiq ifadələr işlədərək ictimai asayişi pozub. Hətta polis əməkdaşlarını hədələyib.
1961-ci il təvəllüdlü İntizam Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddələri ilə protokol tərtib olunub və iş baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmədə ifadə verən İntizam Məmmədov həmin gün əsəbi olduğunu, bank kartının bloklanması səbəbindən gərginlik yaşadığını və bu səbəbdən özünü itirərək hadisəni törətdiyini etiraf edib. O, səhvini başa düşdüyünü bildirib və yaşını, səhhətini və dövlət məmuru statusunu nəzərə alaraq cəzanın yüngülləşdirilməsini xahiş edib.
Lakin məhkəmə onun barəsində 8 sutka inzibati həbs qərarı çıxarıb. Qeyd edək ki, İntizam Məmmədovun həbs müddəti artıq başa çatıb və o, azadlığa buraxılıb.
Əlavə olaraq bildirək ki, İntizam Məmmədov 2018–2021-ci illərdə nümayəndəliyin baş mühasibi Bənövşə Əhmədova ilə qabaqcadan əlbir olaraq vəzifə səlahiyyətlərini aşmaqda və dövlət əmlakını mənimsəməkdə şübhəli bilinib. 2024-cü ilin mart ayında barəsində Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4 (qulluq mövqeyindən istifadə etməklə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən mənimsəmə) və 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi açılıb.
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO












