İcra başçısının sabiq müavininə cinayət işi açılıb - FOTO

Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının iki ay əvvəl vəzifəsindən azad edilən müavini Vəfa Allahverdiyeva cinayət məsuliyyətinə cəlb edilib.
Avtosfer.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, sabiq müavin tanışı Təranə Bağırova ilə əlbir olaraq dələduzluq etməkdə ittiham olunur.
Onların əməlindən əziyyət çəkən isə Gədəbəy rayon sakini Cavanşir Məmmədəliyevdir.
İttihama görə, təqsirləndirilən xanımlar onu Gədəbəy Rayon Təhsil Şöbəsinin müdiri təyin ediləcəyi ilə aldadaraq 51 min manat pulunu alıblar. Zərərçəkmiş şəxs həmin pulu oğlunun iştirakı ilə verib.
Təranə Bağırova bir müddət əvvəl başqa dələduzluq əməlinə görə məhkum edilib. Eks-müavin isə həbsdə deyil. İstintaq dövrü müddətində onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.
Onların hər ikisinə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Yaxında məhkəmə istintaqı başlayacaq.
Qeyd edək ki, Vəfa Allahverdiyeva bu ilin sentyabrına kimi Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlovun müavini işləyib. O, eyni zamanda icra hakimiyyətində ictimai-siyasi və humanitar məsələlər üzrə şöbənin müdiri vəzifəsini icra edib. Onun barəsindəki cinayət işinə görə işdən çıxarıldığı istisna edilmir.

Motosikletin qabağına qaçan kişi sürücüyə çətin anlar yaşatdı - VİDEO
Piyada məsuliyyətsizliyi faciəyə səbəb olacaqdı: Sürücü son anda qəzadan yayındı - VİDEO
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO












