İki nəfərə qarşı 135 minlik dələduzluq edən şəxsə hökm oxunub

135 min manat dələduzluqda təqsirləndirilən Yadigar Bilalovun cinayət işi üzrə məhkəmə iclası yekunlaşıb. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs son sözlə çıxış edib.
Çıxışlardan sonra hökm elan edilib.
Hökmə əsasən, Yadigar Bilalov 7 il müddətinə azadlıqdan məhrum edilib.
Dövlət ittihamçısı isə ittiham olunan şəxsin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, cinayət işi üzrə İbrahimov İlqar David oğlu və Məmmədova Xuraman Mədət qızı zərərçəkən kimi tanınıb. Yadigar Bilalov 1-ci şəxsə 95 min, 2-ci şəxsə isə 44750 manatlıq dələduzluqda ittiham olunur.
Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham olunan Yadigar Bilalov Moskva Univermağında qızıl alqı-satqısı ilə məşğul olub. Zərərçəkənlər isə qızıl alverçiləri olub.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












