İki polis intihar etdi - 48 saat intervalla

Fransa Daxili Təhlükəsizlik Baş İdarəsinin (DGSI) iki polisi 48 saat intervalla intihar ediblər.
Avtosfer.az xəbər verir ki, Daxili Təhlükəsizlik Baş İdarəsinin (DGSI) polisi Levallua-Perretdə (Hauts-de-Seine) iş yerində intihar edib. Rəsmi mənbələrə görə, onun cəsədi müəssisənin parkinqində aşkar edilib. Həmin şəxsin xidməti silahından istifadə etdiyi ehtimal olunur.
Mətbuatın verdiyi məlumata görə, prokurorluq bu faciə ilə bağlı dəqiq məlumatları müəyyən etmək üçün ölümün səbəblərinə dair araşdırmanı Daxili Təhlükəsizlik Baş Müfəttişliyinə həvalə edib.
Qeyd edək ki, iki gün əvvəl də DGSI-nin başqa bir əməkdaşının cəsədi Bulony-Bilankurdakı mənzilində aşkar edilib. Həmin əməkdaşın da odlu silahdan istifadə etdiyi bildirilir. İntihar kimi görünən bu ölüm halları oxşar olduğu üçün hər iki araşdırma Daxili Təhlükəsizlik Baş Müfəttişliyinə həvalə edilib.
Fransada hər il polis orqanlarında intihar halları narahatedici problem olaraq qalır və bu, hakimiyyəti psixoloji dəstək sistemlərini gücləndirməyə məcbur edir.
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO
Xırdalanda iki həftədir düzəlməyən işıqfor qəza riski yaradır - VİDEO
Səbailin icra başçısı inzibati xəta törədib - Cərimə oluna bilər
Qobuda qaranlıq küçələr, əyilmiş dirəklər – Təhlükə göz görə-görə qalır - VİDEO
Yaşıl işıqda “yatan” sürücü arxadakı maşınları gözlətdi - VİDEO
Bakıda işıq olmadığlı üçün "svetafor" işləmədi - Sıxlıq yarandı - VİDEO
Xırdalanda sürücülərin kabusuna çevrilən yol: Hər an ağır qəza ola bilər - VİDEO - YENİLƏNİB
Tovuzda dəhşət yaşandı - Bıçaqlananlar var…












