Bakıda ehtiyat hissələri mağazası bağlandı - Təhlükə yaradırmış - VİDEO

“Magavto” MMC-yə məxsus avtomobil ehtiyat hissələri mağazası bağlanıb.
Avtosfer.az xəbər verir ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, Oqtay Vəliyev küçəsi, 5 ünvanında yerləşən “Magavto” MMC-yə məxsus avtomobil ehtiyat hissələri mağazasında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Belə ki:
- obyekt avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu ilə tam təchiz edilməyib;
- elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik təsərrüfatına profilaktik baxış keçirilərək kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti ölçülməyib, elektrik qurğularının istismarı vəziyyətinə cavabdeh şəxs təyin edilməyib;
- anbar otaqlarında ştepsel elektrik yuvaları quraşdırılıb, tavan hissəsində isə taxta konstruksiyaların üzəri ilə elektrik xətləri çəkilib;
- anbar sahəsində mallar “Yanğın Təhlükəsizliyi Qaydaları”nın tələblərinə uyğun yığılmayıb;
- işıqlandırıcı cihazların qapalı plafona keçirilməsi təmin edilməyib;
- obyektdə sıxılmış və mayeləşdirilmiş propan qaz balonlarından istifadə olunur;
- təxliyə yolları təmiz saxlanılmayıb və obyektin ərazisi yanar tullantılardan təmizlənməyib;
- obyekt ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməyib;
- obyektin müəyyən yerlərində yanar üzlüklərdən istifadə olunub;
- bina və otaqlarda konstruksiyaların səthləri yanar materialla üzlənilib;
- köməkçi otaqlar təmiz vəziyyətdə saxlanılmayıb;
- insanların təxliyəsi üçün “Çıxış” sözü yazılmış işıqlı göstəricilər quraşdırılmayıb;
- obyektin əsaslı təmiri, yenidən qurulması və genişləndirilməsi zamanı tikinti layihə sənədləri Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Nizami rayonu, Oqtay Vəliyev küçəsi, 5 ünvanında yerləşən “Magavto” MMC-yə məxsus avtomobil ehtiyat hissələri mağazasının fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.
Laçında traktor minaya düşüb
Yardımlıda polisdən ƏMƏLİYYAT - VİDEO
Metroda kişi qatar yoluna düşdü, hərəkət dayandı
Sumqayıtda sürücüləri silkələyən yol: Maşınlar hoppana-hoppana keçir - VİDEO
Abşeronda avtomobil su kanalına düşdü - VİDEO - YENİLƏNİB
Maşınları görə-görə yolayrıcına girən skuter sürücüsü təhlükə saçdı - VİDEO
Mərkəzi Klinik Xəstəxanada xəstə yaxınından rüşvət tələb edilib - ŞİKAYƏT
Onlayn mağazadan kosmetik məhsul sifariş etdi; saxta çıxdı – ŞİKAYƏT - FOTO
“Audi” Almaniyaya “Audi” idxal edənləri məhkəməyə verdi
Qaranlıqda yolu qaçaraq keçən piyada ölümün bir addımlığından döndü - VİDEO
Sürücünü çaş-baş salan piyada maşına çırpılmaqdan son anda qurtuldu - VİDEO












